Oktyabrın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə bəzi yerlərdə qısamüddətli leysan olacağı gözlənilir. Səhər saatlarında yağıntı tədricən kəsiləcək.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12–14, gündüz 16–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm-ə yüksələcək. Nisbi rütubət gecə 65–75, gündüz 50–60 faiz təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə isə intensiv leysan, şimşək və dolu ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 11–14, gündüz 15–20 dərəcə isti, dağlarda isə gecə 0–5, gündüz 6–10 dərəcə isti olacaq.

