Naxçıvan şəhərində magistral su xəttində baş verən qəza ilə əlaqədar bir sıra ərazilərdə su təchizatı müvəqqəti dayandırılacaq.
Nasazlığın aradan qaldırılması məqsədilə 12 oktyabr saat 21:00-dan etibarən Əliqulu Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrində, həmçinin 6-cı, 11-ci, 58-ci, 59-cu və 61-ci məhəllələrdə suyun verilişi dayandırılacaq.
Məhdudiyyət, eyni zamanda, 2 saylı Hərbi şəhərcik, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərini də əhatə edəcək.
Su təchizatının 13 oktyabr günün birinci yarısında əvvəlki rejimdə bərpa olunacağı gözlənilir.

