Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17–20, gündüz 23–28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 75–80, gündüz 55–65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 16–19, gündüz 26–31 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8–13, gündüz 18–23 dərəcə isti gözlənilir.

