Oktyabrın 19-da Azərbaycanda havanın temperaturu bəzi rayonlarda 30 dərəcəyədək yüksələcək. Bununla yanaşı, ayrı-ayrı bölgələrdə yağış və şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə bəzi yerlərdə zəif duman olacaq. Səhər cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 17–20, gündüz 22–25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm-ə yüksələcək. Nisbi rütubət gecə 70–75, gündüz 55–60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında, axşama doğru isə şimal və qərb bölgələrinin bir hissəsində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Gecə və səhər bəzi ərazilərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.
Temperatur gecə 16–19, gündüz 25–30 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 7–12, gündüz 18–23 dərəcə isti olacaq.

