Azərbaycanda “Azıx–Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Azıx və Tağlar mağaralarının ərazisi dövlət qoruğu elan edilib.
Nazirlər Kabinetinə üç ay müddətində qoruğun nizamnaməsini təsdiqləmək, ərazisinin və mühafizə zonasının sərhədlərini müəyyənləşdirmək tapşırılıb.
Bundan əlavə, Nazirlər Kabineti qoruğun ərazisində xüsusi rejim müəyyən etməli, onun maddi-texniki təminatı ilə bağlı tədbirlər görməli və görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

