Sabah, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12–15, gündüz 17–21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə gecə 70–80, gündüz 50–55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 11–14, gündüz 17–20 dərəcə isti, dağlarda isə gecə 0–5, gündüz 5–10 dərəcə isti olacaq.

