26 
yan
2024
16:25
437

Yağıntılar intensivləşəcək, güclü külək əsəcək - Əhaliyə XƏBƏRDARLIQ

26 yan, 2024
16:25
437

Yağıntılar intensivləşəcək, güclü külək əsəcək - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Den.az-a verilən məlumata görə, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var.

Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar