14 
fev
2024
16:39
159

Bakıxanovda obyekt yandı - Video

14 fev, 2024
16:39
159

Bakıxanovda obyekt yandı - Video

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın olub.

“Den.az” xəbər verir ki, qəsəbədəki iaşə obyektlərindən birində yanğın başlayıb. Nəticədə ətrafı qatı tüstü bürüyüb, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

FHN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib: “Hadisə yerində əməliyyat şəraiti qiymətləndirlərkən müəyyən edilib ki, ikimərtəbəli, hər mərtəbəsi 80 kvadrat metr olan 160 kvadrat metrlik obyektdə yanğın başlayıb. 1-ci mərtəbəsi avtoyuma məntəqəsi, 2-ci mərtəbəsi isə çay evi kimi fəaliyyət göstərən obyektdəki yanğın tam söndürülüb”.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar