Türkiyədə təyyarə qəzası baş verib.
Den.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Bayburt-Ərzurum şəhərləri arasındakı ərazidə qeydə alınıb. Hadisə zamanı 2 nəfər itkin düşüb.
Ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Yüngül mühərrikli təyyarənin qəzaya uğradığı ərazinin dəqiq müəyyən edilməsi üçün araşdırma aparılır.