İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri başlayıb.
“Denmedia.az” “Armenpress”ə istinadən xəbər verir ki, İran liderini İrəvanın Zvartnots aeroportunda ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Pezeşkian avqustun 19-da Ermənistan-İran Biznes Forumunda iştirak edəcək.
Qeyd edək ki, İran prezidentinin Ermənistandan sonra Belarusa səfəri gözlənilir.