Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli kontentdən və mənfi təsirlərdən qorunması ilə bağlı sərəncam imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti dövlət orqanları, elmi müəssisələr, mütəxəssislər və vətəndaş cəmiyyəti institutları cəlb olunmaqla, beynəlxalq təcrübə nəzərə alınaraq normativ hüquqi aktların layihələri hazırlansın.
Hazırlanacaq sənədlər ölkə ərazisində uşaqların zərərli kontentdən və sosial şəbəkələrin mənfi təsirindən qorunmasını təmin etməlidir.
Sərəncam həmçinin sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.

