Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edir.
Dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdiriblər.


