Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən və ölkənin ali təhsil müəssisələrinə daxil olan tələbələrə Prezident təqaüdü veriləcək.

