İlk prezidentlik dövründə Donald Tramp Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya Krımın kimə məxsus olması ilə bağlı sual verib.
Den.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.
“Görüşlərdən birində Tramp Poroşenkodan suala dürüst cavab istəyib. Poroşenko isə razılaşıb. Tramp ona daha da yaxınlaşıb və soruşub: “Mənə deyin, Krım Rusiyanındır?”, - nəşr bildirib.