Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib və iki ölkə arasında münasibətlərin bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcəyinə əminliyini ifadə edib. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
“Sizin rəhbərliyiniz altında Azərbaycan sosial və iqtisadi sahələrdə ümumi qəbul olunmuş uğurlar əldə edib, beynəlxalq arenada mövqelərini ardıcıl şəkildə möhkəmləndirir”, — deyə Rusiya prezidentinin təbrik teleqramında bildirilir.
Putin vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətin möhkəm ənənələrinə əsaslanır.
“Əminəm ki, bundan sonra da bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək ki, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verir”, — deyə Rusiya prezidenti qeyd edib.
Sonda Vladimir Putin İlham Əliyevə möhkəm cansağlığı, rifah və fəaliyyətində yeni uğurlar arzulayıb.

