Bakıda XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir.
Forum “Keçid dövründə dünyada parçalanmaların aradan qaldırılması” mövzusuna həsr olunub.
Bugünkü proqram çərçivəsində bir sıra müzakirə panelləri təşkil olunacaq. Sessiyalarda “Mənzil sahəsində qlobal əməkdaşlıq WUF13 üçün perspektivlər”, “Rəqəmsal gələcək süni intellekt idarəetmə və innovasiyaların etikası”, “Beynəlxalq sistemin yenidən qurulması axtarışı” mövzuları müzakirə ediləcək.
Bundan başqa “Gənclər danışır biz dinləyirik” adlı xüsusi sessiya da keçiriləcək.
Forum proqramına həmçinin Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stipraisin iştirakı ilə xüsusi sessiya da daxildir.

