Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransada Prezidentin diplomatik məsələlər üzrə müşaviri Emmanuel Bonn ilə görüş keçirib.
Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
Görüş Parisdə baş tutub və Fransa tərəfdən digər rəsmi şəxslər də iştirak edib.
Məlumata görə, görüş Prezident İlham Əliyev ilə Prezident Emmanuel Makron arasında baş tutan telefon danışığından sonra keçirilib.
“Parisdə Emmanuel Bonn və digər fransız həmkarlarla məhsuldar görüş keçirdik. İkitərəfli münasibətlər, regional və qlobal məsələlər üzrə fikir mübadiləsi apardıq”, — deyə Hikmət Hacıyev bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

