Qırğızıstan Respublikasının baş naziri Adılbek Kasımaliyev 1 aprel tarixində Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

