Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib.
DenMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tbilisi Şota Rustaveli adına beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

