Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Respublikasını 30 Avqust – Zəfər Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin “X” sosial şəbəkəsində yayımladığı paylaşımda bildirilib.
“30 Avqust – Türkiyə Respublikasının Zəfər Günü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini ürəkdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, qətiyyəti və qəhrəmanlığı sayəsində qazanılmış tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Gününüz mübarək!” – XİN-in paylaşımında qeyd olunub.

