Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, onların taleyi də birdir.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Xəzərin sahilində tarixin ürəyi: Şanlıurfa Mədəniyyət Günləri” proqramı çərçivəsində təşkil olunan tədbirdə bildirib.
Səfir qeyd edib ki, dünyada nizamın pozulduğu bir dövrdə Azərbaycan-Türkiyə münasibətləri nümunə kimi çıxış edir.
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin iqtisadi və sosial tərəflərindən ayrıca danışmağa ehtiyac yoxdur, çünki Azərbaycan və Türkiyəni uzunmüddətli ortaq tarix, vahid mədəniyyət, dil və inanc birləşdirir.
Birol Akgün vurğulayıb ki, münasibətlərin yalnız dövlətlər arasında deyil, şəhərlər səviyyəsində də inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Qardaşlaşmış şəhərlər və məktəblər layihələri, eləcə də bu kimi digər təşəbbüslər əlaqələrimizə xüsusi məna və dərinlik qazandırır. Şübhəsiz ki, qədim və zəngin tarixə malik Şanlıurfa kimi bir şəhərin tədbirinin Bakıda, Xəzərin sahilində keçirilməsi və burada ‘Şanlıurfa Günləri’nin təşkil olunması bizim üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə səfir bildirib.
Denmedia.az

