Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.
Bu barədə ukraynalı diplomat “X” sosial şəbəkəsində məlumat verib.
Səfir bildirib ki, görüş Qarabağa işgüzar regional səfər çərçivəsində baş tutub.
“Hikmət Hacıyevlə Qarabağa işgüzar regional səfər zamanı məhsuldar görüş keçirdik. Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və koordinasiyanın gücləndirilməsi məsələlərini müzakirə etdik. Azərbaycana Ukraynaya göstərdiyi dəyişməz dəstək və həmrəyliyə görə minnətdaram”, – Yuri Qusev yazıb.

