Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderlandın Azərbaycandakı səfiri Marianna de Yonqla görüşüb.
Bu barədə Niderland səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, görüş zamanı Niderlandın xarici işlər naziri Tom Berendsenin Azərbaycana planlaşdırılan səfəri, iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
“Bu cür görüşlər Niderland və Azərbaycan arasında siyasi dialoqun davam etdirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə səfirliyin açıqlamasında vurğulanıb.

