30 
sen
2023
18:15
241

Ermənilər snayperlə atəş açdı, hərbçimiz şəhid oldu

30 sen, 2023
18:15
241

Ermənilər snayperlə atəş açdı, hərbçimiz şəhid oldu

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Müdafiə Nazirliyindən Den.az-a verilən xəbərə görə, atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar