Məşhur rəqqasə Asena ilə İbrahim Tatlısəs arasında 25 ildir davam edən gərginlik Yeni il axşamı “İbo Şou Yeni il xüsusi proqramı”nda sona çatıb.
DenMedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, barışıqdan çox, proqramda Yıldız Tilbenin söylədiyi sözlər sosial medianın diqqətini çəkib.
Belə ki, verilişin digər qonağı Bülent Ersoy efirdə prodüserin Asenanı şouya necə razı saldığını soruşub. Bu zaman Yıldız Tilbe kameraların çəkilişdə olmadığını düşünərək əl jesti ilə pul işarəsi göstərərək, “O, ikiqat pul aldı”, – deyib.
Bu anların efirə verilməsi və sosial şəbəkələrdə paylaşılması geniş müzakirələrə səbəb olub.
Proqramda rəqs edən Asena açıqlama verib.
“Bu, mənim keçmişimlə üzləşməyim idi. Özümlə hesablaşdım və köhnə dəftərləri bağladım”, – deyə o bildirib.


