“Kızılcık Şerbeti” serialında 4 mövsüm ərzində Fatih Ünal obrazını canlandıran Doğukan Güngör məşhurlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılmışdı.
Açıqlanan test nəticələrinə əsasən, aktyorun saç və qan nümunələrində qadağan olunmuş maddə aşkar edildiyi bildirilib. Bu səbəbdən Doğukan Güngör serialın aktyor heyətindən çıxarılıb.
Yaşananlardan sonra “Kızılcık Şerbeti”ndə Fatih obrazını kimin canlandıracağı maraq doğururdu. Birsen Altuntaşın məlumatına görə, Doğukan Güngörün yerinə Fatih rolunu Emre Dinler canlandıracaq.
EMRE DİNLER KİMDİR?

Emre Dinler Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda anadan olub. Boyu 1,90 metrdir. 2013-cü ildə qatıldığı Miss & Mr Model of Turkey müsabiqəsində 3-cü yerə layiq görülüb. Model kimi fəaliyyət göstərdikdən sonra 2018-ci ildə aktyorluq karyerasına başlayıb.
EMRE DİNLER NEÇƏ YAŞINDADIR?
1995-ci il təvəllüdlü Emre Dinler “Zembilli” serialı ilə yanaşı, “Kuruluş Osman”, “Al Sancak”, “Sol Yanım” və “Yasak Elma” kimi layihələrdə də rol alıb

