15 oktyabr 2025-ci il tarixində evində keçirdiyi ürək tutmasından sonra xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilən tanınmış sənətçi Fatih Ürek’in səhhəti ilə bağlı maraqla gözlənilən açıqlama verilib.
Əldə olunan məlumata görə, ani səhhət problemi sonrası reanimasiya şöbəsində müalicə altına alınan Fatih Ürek’in vəziyyəti ixtisaslı həkimlər tərəfindən yaxından izlənilir.
Vəkil Ayata bildirib ki, müalicə prosesi yüksək həssaslıqla davam etdirilir və tətbiq olunan reanimasiya protokollarına qismən müsbət cavab alınır.
Sənətçinin səhhəti ilə bağlı dəqiq məlumatların açıqlanmaması ötən müddət ərzində müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub.


