Göksel 31 yanvar tarixində Bakıda konsert verib. Sənətçi Heydər Əliyev Sarayında musiqisevərlərlə görüşüb.
Səhnə öncəsi kulisdə saçları düzəldilərkən öz videosunu çəkən məşhur pop ifaçısı kadra düşən çay stəkanını görən kimi deyib:

“Çayım həmişə baş roldadır. Məni sakitləşdirir. Həyatımdakı ən pis vərdişimdir. Bir də hamıya yoluxdururam. Hətta mahnısını da yazmışam.”
Göksel Bakıda ilk dəfə konsert verdiyini bildirib:
“Gəlməyi çox istədiyim bir yer idi. Çünki bu torpaqların musiqisini çox dinləyirəm. Burada kifayət qədər dinləyicim olduğunu da bilirəm.”

