“Doktorlar” serialında canlandırdığı Ela obrazı ilə yaddaşlara həkk olunan Yasemin Ergene, şəxsi həyatında yeni mərhələyə keçdikdən sonra yenidən gündəmə gəlib.
14 illik evliliyini başa vurduqdan sonra həyatını özünə həsr edən məşhur aktrisa, Instagramda paylaşdığı son fotosu ilə sosial şəbəkələrdə böyük maraq doğurub. Ergene’nin fit və əzələli görünüşü izləyicilərin diqqətindən yayınmayıb.

Ayrılıqdan sonra həyatında yeni səhifə açan aktrisa sosial həyatındakı dəyişikliklər, paylaşımları və özünə ayırdığı vaxtla tez-tez müzakirə mövzusuna çevrilir. Öz üzərində çalışaraq sanki küllerindən doğan Ergene, son paylaşımında nümayiş etdirdiyi bədən forması ilə pərəstişkarlarını heyran edib.

Bir müddətdir müntəzəm idmanla məşğul olduğu bilinən aktrisanın daha əvvəlki idman paylaşımları da maqazin gündəminə düşmüşdü. Görünən odur ki, Yasemin Ergene özünün ən güclü dövrünü yaşayır.

