Amerika–Kanada aktrisası, “Evdə tək” filmində Kevin MakKallisterin anası obrazı ilə tanınan Catherine O’Haraın ölüm səbəbi açıqlanıb.
Associated Press agentliyinin sənədlərə istinadla yaydığı məlumata görə, aktrisa onkoloji xəstəlik fonunda yaranan ağciyər emboliyası nəticəsində vəfat edib. Bildirilir ki, ölümə səbəb olan əsas amil düz bağırsaq xərçəngi olub.
Xatırladaq ki, “Evdə tək” filminin ulduzunun vəfat etdiyi barədə məlumat 30 yanvar tarixində yayılıb. Aktrisa 72 yaşında dünyasını dəyişib.

