“Kızılcık Şerbeti” serialında canlandırdığı Doğa obrazı ilə geniş pərəstişkar kütləsi qazanan Sıla Türkoğlu bu dəfə şəxsi həyatı ilə gündəmdədir.
Aktrisa iş adamı Ata Ayyıldız ilə evlilik yolunda ilk rəsmi addımı atmağa hazırlaşır. Keçən il İtaliyanın Komo gölü sahilində aldığı sürpriz evlilik təklifindən sonra cütlüyün nikah tarixi də müəyyənləşib.

Serialdan ayrıldıqdan sonra daha çox şəxsi həyatı ilə diqqət çəkən Türkoğlu münasibətini gizlətmir və romantik anlarını zaman-zaman sosial şəbəkədə paylaşır.

Məlumata görə, münasibətlərinin başladığı məkan kimi tanınan Bodrumda nikah masasına oturmağı planlaşdıran cütlük yay aylarında “beach wedding” konseptində, sadə və zərif bir toy mərasimi təşkil etməyi düşünür.

Ailələrin də prosesə aktiv şəkildə qoşulduğu, toy hazırlıqlarının isə sürətlə davam etdiyi bildirilir.

