Türkiyənin Muğla vilayətinin Baş Prokurorluğu məşhur müğənni Hande Yener barəsində araşdırma başladıb. Bu barədə Ahaber telekanalı məlumat yayıb.
Məlumata görə, ifaçı konsert zamanı səsləndirilən bəzi şüarlara görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təhqirində və konstitusion quruluşa qarşı hərəkətlərə cəhd etməkdə şübhəli bilinir.
Bildirilir ki, araşdırmaya vətəndaşların müraciətləri əsasında başlanılıb.
Bundan başqa, istintaq çərçivəsində İstanbulda keçirilən konsertdə səhnədən səsləndirilən bəzi ifadələr də araşdırılır.
Məlumata əsasən, Hande Yener şübhəli şəxs qismində ifadə vermək üçün istintaqa çağırılıb.

