Türk Sənət Musiqisinin tanınmış ifaçısı Bülent Ersoy son dövrdə brendlərin ən çox seçdiyi simalardan biri olaraq qalır. Məşhur sənətçi böyük bir e-ticarət platforması ilə əməkdaşlıq çərçivəsində reklam kampaniyasının üzü olub. Məlumata görə, razılaşmaya əsasən Ersoy bir reklam çarxı üçün 135 milyon TL qazanıb. Bu məbləğ ictimaiyyətdə geniş rezonans doğurub və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu ölçüdə ödəniş reklam sektorunda nadir hallarda rast gəlinir. “Sözcü” qəzetinin yazdığına görə, bu müqavilə ilə Bülent Ersoy Türkiyədə bir reklam filmi üçün ödənilən ən yüksək qonorarın sahibi olub. Bu əməkdaşlıq reklam sektorunda indiyədək həyata keçirilən ən iri büdcəli layihələrdən biri kimi tarixə düşüb.
Bülent Ersoyun reklam gəliri rekord qırdı - 135 milyon TL
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

