1926-cı ildə Mərakeş sultanı Moulay Yusifin Parisə səfərinə aid olduğu iddia edilən arxiv görüntüləri sosial şəbəkələrdə gündəm olub.
Videoda yer alan şəxsin türkiyəli komediya ustası Cem Yılmaza bənzədilməsi istifadəçilərin diqqətini çəkib.
Arxiv görüntüləri viral oldu
Sosial mediada sürətlə yayılan ağ- qara kadrlarda Moulay Yusif olduğu deyilən şəxsin üz cizgiləri müzakirə mövzusuna çevrilib. Video qısa müddətdə minlərlə şərh toplayıb.
İstifadəçilər görüntülərdəki bənzərliyi geniş şəkildə müzakirə edib.
Bənzərlik gündəm yaratdı
Kadrlardakı şəxsin Cem Yılmaza oxşadılması sosial şəbəkələrdə zarafatlı reaksiyalara səbəb olub. İstifadəçilər “tarixdən çıxan Cem Yılmaz” kimi paylaşımlar ediblər.
Cem Yılmazdan zarafatlı cavab
Məsələ gündəmə çevrildikdən sonra Cem Yılmaz da reaksiya verib.
“Mərakeş şahzadəsi deyiləm, sadəcə mərasim üçün 2 saatlıq orada idim. Belə şeylər olur”, — deyə o sosial media hesabında yazıb.


