Müğənni və aktyor Özcan Deniz 53 yaşını qeyd edib.
Sənətçinin 2023-cü ildə ailə qurduğu həyat yoldaşı Samar Dadgar onun doğum gününü sosial şəbəkə hesabında paylaşdığı romantik fotolarla təbrik edib.
Dadgar paylaşımında həyat yoldaşına duyğusal sözlər ünvanlayıb. O, Özcan Denizin yeni yaşında xoşbəxt, uğurlu, sağlam və huzurlu olmasını arzulayıb.

Samar Dadgar qeyd edib ki, həyat yoldaşı onun üçün çox dəyərlidir və birlikdə hər çətinliyin öhdəsindən gələ biləcəklərinə inanır.
Sən və mən əl-ələ verəndə hər şeyin öhdəsindən gələrik. Yaxşı ki doğulmusan, sevgilim, yaxşı ki həyat yoldaşımsan,— deyə Dadgar paylaşımında yazıb.
O, həmçinin Özcan Denizlə qürur duyduğunu, ona böyük hörmət bəslədiyini və hər zaman yanında olacağını vurğulayıb.

Samar Dadgar təbrikində sənətçinin uğurlarının davamlı olmasını arzulayaraq, onun hekayələri, filmləri və yaradıcılığı ilə insanların yaddaşında gözəl izlər buraxmasını diləyib.
Paylaşım qısa müddətdə sosial şəbəkələrdə diqqət çəkib.

