“Rokki” və “Rembo” filmləri ilə məşhurlaşan Hollivud ulduzu Silvestr Stallone qızı Sofiyanın yaxınlaşan toy xərclərinə görə hələ də işləməyə davam etdiyini bildirib.
80 yaşlı aktyor qatıldığı televiziya proqramında qızının toyuna nə qədər pul xərcləyəcəyi ilə bağlı suala verdiyi cavabla studiyadakıları güldürüb.
“Bunu demək bir qədər utandırıcıdır, amma təqaüdə çıxa bilmirəm”, – deyə Stallone bildirib.

Tamaşaçıların gülüşündən sonra aktyor “Ciddi deyirəm” sözlərini əlavə edərək zarafatını davam etdirib.
Qeyd edək ki, Sofiya Stallone avqust ayında Maykl Şihanla nişanlandığını açıqlayıb.
Gələcək kürəkənindən razılıqla danışan aktyor Şihanın evlilik təklifindən əvvəl onun razılığını aldığını da bildirib.

