Türkiyənin məşhur aktrisası Hande Erçelin sosial şəbəkələrdən əldə etdiyi reklam gəliri gündəm olub.
Bu barədə TV8 kanalında yayımlanan “Gel Konuşalım” proqramında məlumat verilib.
Bildirilib ki, milyonlarla izləyicisi olan aktrisa “Instagram” hesabında 24 saat ərzində yayımlanan bir reklam paylaşımından 500 min – 700 min türk lirəsi arasında qazanc əldə edir.
Dünyaca məşhur markalarla əməkdaşlıq edən Erçelin bir günlük reklam paylaşımı üçün aldığı iddia olunan məbləğ diqqət çəkib.


