Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə ad günü ilə bağlı paylaşım edib.
“Den.az” xəbər verir ki, 24 yaşı tamam olan Suada özəl günündə həyat yoldaşının onun arzusunu reallaşdırdığını bildirib.
Belə ki, onlar Floridada yerləşən “The Wizarding World of Harry Potter” (Harri Poterin sehrli dünyası-red.) adlı şəhərciyə yollanıblar.
“Kristoferə bu gözəl və emosiyalarladolu gün üçün təşəkkür edirəm. Səni sevirəm. İndi mənim özəl kolleksiyamda şəxsi çubuğum da var.
Yazdıqlarım dünən yaşadıqlarımın yalnız 10 faizidir. Tezliklə hamısını görəcəksiniz”, - deyə Suada qeyd edib.
Kristofer isə Suadanın fotosunu paylaşıb və bunları yazıb: “Uzun müddət davam edən xəyallardan sonra o, nəhayət bura ayaq basdı. İndi o, həmin çubuqla da tanış oldu”.
Xatırladaq ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub.
Van Dammın oğlu xanımının arzusunu reallaşdırdı - Fotolar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.