10 
iyl
2023
00:00
220

Sumqayıt sakini ilə Azərpoçt əməkdaşı arasındakı anlaşılmazlığa aydınlıq gətirilib

10 iyl, 2023
00:00
220

Sumqayıt sakini ilə Azərpoçt əməkdaşı arasındakı anlaşılmazlığa aydınlıq gətirilib - FOTO VİDEO

Sumqayıt şəhər sakini Səbuhi Həsənov, Azərpoçt xidmətinin fəaliyyətindən narazıdı.

O, bu barədə “Den.az” informasiya agentliyinə məlumat verib.

Onun sözlərinə görə, yaşadığı İnşaatçılar qəsəbəsi Beton zavod ərazisindəki, fərdi yaşayış evində Azərpoçt tərəfindən çatdırılma həyata keçirilmir. Hətta ərazidə minlərlə insanada xidmət göstərilmir.

Şikayətçi bildirib ki, Betenzavod ərazisində hər kəsin ev ünvanı var. Yəni çatdırılma ilə bağlı Azərpoçt üçün heç bir çətinlik görmür. Hətta bununla bağlı Azərpoçt əməkdaşları ilə aralarında gərginlikdə yaşanıb.

Mövcud məsələ ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinin Məhəllə komitəsinin sədri Gülnarə Ağayevada bildirib ki, Gecə qondu məhəlləsində rəsmi qeydiyyat ünvanı yoxdur. Yəni burada mənzillər bir gecədə necə gəldi tikilib istifadəyə verilib. Ona görədə paçtalyon yalnız evlərə onun vaistəsi ilə məktub və ya digər bağlamaları çatdırır.

Azərpoçtun mətbut katibi Afaq İbrahimova isə  “Den.az” -a açıqlamasında Vətəndaş Səbuhi Həsənun iddiaların heç bir əsasının olmadığını deyib. Onun sözlərinə görə, Poçt əməkdaşı qəbul məntəqəsindən yalnız dəqiq ünvan göstərilən məntəqələrə çatdırılma həyata keçirir. 

Bildirilib ki, "Azərpoçt" olaraq, poçt işinin təşkili qaydalarına əsasən, poçt əməkdaşı qəbul məntəqəsindən məktubları əhali və vətəndaşlardan qəbul edərək, yalnız dəqiq ünvan göstərilən məntəqələrə çatdırmalıdır. Üzərində ünvan olmayan və yaxud da qəsəbə-kənd yönümlü istiqamət, eləcə də yalnız ad, soyad və telefon nömrəsi qeyd olunmuş məktubların tərəfimizdən çatıdırılması öhdəliyimiz yoxdur.

Sözügedən ərazi, yəni, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi deyilən sahə və onun ətrafı tamamilə ünvansız evlərdən ibarətdir. Bu sahədə salınan evlərin dəqiq ünvanları olmadığı üçün bu əraziyə poçtalyonlar vasitəsilə məktubların çatdırılması mümkün deyil.

Hal-hazırda bu məsələnin çıxış yolu kimi ünvan qeydiyyatı olmayan vətəndaşlara “Azərpoçt”un abunə qutularından istifadə edilməsini təklif edirik. Belə ki, hər bir vətəndaş Sumqayıt Poçt Filialına yaxınlaşaraq fərdi müqavilə bağlamaqla və illik icarə haqqı ödəməklə poçt şöbələrində quraşdırılmış abunə qutularından istifadə edə bilərlər. Belə olduğu halda müqavilə bağlamış vətəndaşın ünvanına daxil olan məktublar həmin qutuya salınır və vətəndaş vaxtaşırı poçt şöbəsinə daxil olaraq icarəyə götürdüyü abunə qutusundan göndərişini maneəsiz götürə bilir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar