19 
apr
2024
23:32
1 274

İşə düzəlməkdə çətinlik çəkənlər bu xəbəri mütləq oxusunlar-FOTOLAR

19 apr, 2024
23:32
1 274

İşə düzəlməkdə çətinlik çəkənlər bu xəbəri mütləq oxusunlar-FOTOLAR

Abşeron-Xızı Regional Təhsil İdarəsinin və Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialı ilə birgə dəyirmi masa formatında görüş keçirilib.


"Den.az" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Görüşdə Təhsil İdarəsi və Məşğulluq filialının fəaliyyət istiqamətləri eyni zamanda mövcud imkanlar və gələcək əməkdaşlıq perspektivləri və işəqəbul mexanizmləri müzakirə edilib.

Belə ki, təhsil müəssisələrində texniki və yardımçı pedaqoji heyət vəzifələri üzrə yaranmış vakansiyalar müəssisə rəhbərləri tərəfindən “Əmək və məşğulluq” altsistemində yaradılan vakansiya bankına daxil ediləcək. Regional Məşğulluq filialı tərəfindən isə həmin vakansiyalar üzrə uyğun şəxslərin seçimi aparılaraq göndərişlər formalaşdırılacaq. Proses zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.

Qeyd edək ki, yeni işə qəbul mexanizmləri ilə bağlı öncədən ictimaiyyətə məlumat veriləcək.

Şahnaz  Əliyeva 
Den.az





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar