avq
2023
20:47
211

Güclü külək əsəcək, leysan yağacaq - Hava XƏBƏRDARLIĞI

1 avq, 2023
20:47
211

Güclü külək əsəcək, leysan yağacaq - Hava XƏBƏRDARLIĞI

Havanın dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Den.az-a verilən məlumata görə, 
Bakıda və Abşeron yarımadasında
 
Avqustun 3-ü səhərdən 5-i gündüzədək şimal-qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar