iyn
2023
17:00
269

Mingəçevir, Yevlax, Xocalı İcra Hakimiyyətlərində birinci müavin postları niyə boş qalıb? - ƏTRAFLI

9 iyn, 2023
17:00
269

Mingəçevir, Yevlax, Xocalı İcra Hakimiyyətlərində birinci müavin postları niyə boş qalıb? - ƏTRAFLI

Ölkənin 4-cü böyük şəhərinə İcra Başçısı təyin edilən İlham İsmayılov bu postuna qədər Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışırdı.

Den.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə İcra Başçısı təyin edilən İ.İsmayılovun əvvəlki birinci müavin postu bu günə qədər boş qalıb. Yevlax Şəhər İcra Başçısı Anar Tağıyevində hazırda birinci müavini yoxdur. Uzun illər birinci müavin vəzifəsini tutan Qənimət Qaraşov vəzifədən azad edildikdən sonra Yevlax Şəhər İcra Başçısının birinci müavini vəzifəsi boş olaraq qalıb.

Eyni zamanda Xocalı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vahid Əliyev vəzifədən azad edildikdən sonra həmin post boşdur. Qeyd edək ki, Vahid Əliyev YAP Xocalı rayon təşkilatının sədri təyin edilib.

Bu vəzifələrin boş qalması maraq doğurur. Yəqin ki, ölkə rəhbərliyinin müvafiq əmri ilə uyğun bilinən zamanda sözügedən vəzifələrə təyinatlar gerçəkləşəcək.

Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar