16 
iyn
2023
11:50
157

Prezidentin korteji ilə QƏZA: Ölən və yaralanan var

16 iyn, 2023
11:50
157

Prezidentin korteji ilə QƏZA: Ölən və yaralanan var

Qırğızıstan Prezidenti Sadır Japarovun kortejinin iştirakı ilə ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin təqaüdçüsü mühakimə olunub.

Den.az konkret.az-a istinadən xəbər verir ki, Bişkekin Pervomayski Rayon Məhkəməsi həmin şəxsi 3 il müddətinə azadlıqdan məhrum edib.
Eyni zamanda, məhkəmə Konokbay Çınjırbayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra dəyişdirilməsi barədə də qərar qəbul edib.

Xatırladaq ki, 2021-ci il iyunun 3-də Prezident Sadır Japarov İssık-Kul vilayətində olarkən onun avtomobil karvanı qəzaya uğrayıb. Hadisə nəticəsində beş nəfər yaralanıb, bir nəfər isə ölüb. Ölən şəxs dövlət başçısının şəxsi həkimi olub.
Şübhəlinin oğlu iddia edir ki, atası qəza zamanı ayıq olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar