30 
may
2023
22:27
308

Tərtərdə avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

30 may, 2023
22:27
308

Tərtərdə avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb - FOTO

Tərtərdə ağır yol nəqliyyat hadisəsi baş verib. “Den.az” xəbər verir ki, qəza rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, Chevrolet markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə avtomobildə olan 19 yaşlı Emilla Ziyadova və Röyal Quluzadə aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişiblər.
Qəza zamanı 1 nəfərin ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar