17 
iyn
2023
01:09
550

Masazırda dəhşət: 10 -a yaxın insana sahibsiz itlər xəsarət yetirdi

17 iyn, 2023
01:09
550

Masazırda dəhşət: 10 -a yaxın insana sahibsiz itlər xəsarət yetirdi


Sahibsiz küçə itləri insanlara hücum çəkərək onalara müxtəlif dərəcəli xəsarətlər yetiriblər. 

“Den.az” xəbər verir ki, hadisə Abşeronun rayonu Masazır kənd  Qurtuluş 93 yaşayış kompleksində yaşanıb. 

Ərazidə yaşayan sakinlər çox narahatdır. Hətta uşaqları belə həyətə düşə bilmirlər. Böyüklər isə mütləq ki, əllərinə çomaq və ya özlərini qorumaq üçün nəsə götürsünlər. Vəziyyət hətta o yerə çatıb ki, bu yaxınlarda 10 -a yaxın sakin küçə itlərinin hücumuna məruz qalıb. Yaralanmış sakinlər dərhal xəstəxanaya çatdırılıb. Bir qismi xəstəxanada , digərləri isə müalicələrini evlərində davam etdirirlər.

Deməli vəziyyət düşündüyümüzdən də ciddidir. Bu sahibsiz itləri indi hər binanın girişində görmək mümkündür. Bəziləri zərərsiz görünsədə, axşam tərəfləri daha çox təhsükəli olurlar

Məsələdən Abşeron rayon İcra hakimiyyətidə məlumatlıdır. Adı çəkilən qurumdan “Den.az” -a bildirilib ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını var. Bakı şəhəri ərazisində yerləşən "Toplan" sahibsiz itlərə qayğı mərkəzi ilə tərəfimizdən təmas qurulub, lakin onlar ancaq Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərmələri barəsində məlumat veriblər. Sahibsiz itlərə qarşı istər hüquqi müstəvidə, istər hümanist davranma, istərsə də insanlıq dəyərləri nöqteyi nəzərindən tərəfimizdən hər hansı bir radikal addım atılmayıb. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Layihənin smeta xərcləri işlənilib hazırlanıb, icra hakimiyyətinin büdcədənkənar vəsaitləri bölməsində də bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Abşeron İcra Hakimiyyəti tərəfindən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq. 

 



Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar