18 
iyn
2023
00:38
171

Braziliyada şiddətli yağış yağıb, ölənlər və itkin düşənlər var

18 iyn, 2023
00:38
171

Braziliyada şiddətli yağış yağıb, ölənlər və itkin düşənlər var - FOTO

Braziliyanın Rio Qrande-du-Sul ştatında güclü yağış nəticəsində 8 nəfər həyatını itirib, 19 nəfər isə itkin düşüb.
Den.az xəbər verir ki, rəsmilər son 24 saat ərzində normal şəraitdə iyun ayı ərzində gözləniləndən iki dəfə çox yağış yağdığını bildiriblər.
Tufan səbəbindən bir çox yollar nəqliyyat üçün bağlanıb, əyalətin böyük şəhərlərinə uçuşlar ləğv edilib.
Qubernator Eduardo Leite Sao 8 nəfərin öldüyünü, 19 nəfərin itkin düşdüyünü açıqlayıb.
Qubernatora görə, hazırda əsas prioritet itkin düşənləri tapmaq və daşqınlar nəticəsində evlərində qapalı qalanları xilas etməkdir.
O, həmçinin Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın federal yardım təklif etdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar