18 
iyn
2023
23:48
106

Tatarıstanda ev yandı: Bir ailənin 7 üzvü həlak oldu

18 iyn, 2023
23:48
106

Tatarıstanda ev yandı: Bir ailənin 7 üzvü həlak oldu

Bu gün Tatarıstan Respublikasının Tukaevski rayonunun Saitovo kəndində dəhşətli yanğın baş verib.
Yanğın dördü uşaq olmaqla yeddi nəfərin həyatına son qoyub.
Bu barədə Tatarıstan Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Torqovaya küçəsi 21 ünvanında yaşanıb. Birmərtəbəli taxta ev gözlənilmədən alovlanıb. Yanğının söndürülməsinə bir saat vaxt sərf olunub.
Evdən yeddi nəfərin meyiti tapılıb. Hadisə zamanı yalnız vaxtında çölə çıxan ana xilas ola bilib.
İnsidnetin səbəbi və şəraiti araşdırılır.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar