19 
iyn
2023
01:25
258

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

19 iyn, 2023
01:25
258

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

"Çelsi"nin müdafiəçisi Kalidu Kulibali Səudiyyə Ərəbistanından "Əl-Hilal"a keçə bilər.
Den.az xarici KİV-ə istinadən xəbər verir ki, Kulibali klubla danışıqlar aparır. Qarşıdakı bir neçə gün ərzində tərəflər razılıq əldə edə bilər.
Seneqallı müdafiəçinin 31 yaşı var. Ötən mövsüm o, 32 oyunda iki qol vurub.
Kulibalinin transfer dəyəri 25 milyon avrodur. Müdafiəçinin London klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir. Futbolçu əvvəllər İtaliyanın “Napoli”, Belçikanın “Genk” və Fransanın “Metz” klublarında çıxış edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar