19 
iyn
2023
15:32
284

Bu şəxslər 1785 manat maaş alır

19 iyn, 2023
15:32
284

Bu şəxslər 1785 manat maaş alır

2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən (DSK) Den.az-a verilən xəbərə görə, onların da 29,4 faizini qadınlar təşkil edir.

Dövlət qulluqçularının 7,1 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 11,3 faizi 5-ci təsnifatı, 8,3 faizi 6-cı təsnifatı, 47,1 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Ətraflı


Dövlət qulluqçularının 7,9 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,4 faizi 10 ildən 15 ilədək, 26,7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 14,4 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,7 faizini 35-39 yaşda, 12,0 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 7,7 faizini 50-54 yaşda, 9,3 faizini 55-59 yaşda, 10,0 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 40,1 faiz artaraq 1785,1 manat təşkil edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar