20 
iyn
2023
13:00
139

“Mallar itir, heç bir cavab vermirlər...” – “Trendyol”la əməkdaşlıq edən şirkətdən şikayət

20 iyn, 2023
13:00
139

“Mallar itir, heç bir cavab vermirlər...” – “Trendyol”la əməkdaşlıq edən şirkətdən şikayət

İki aya yaxındır, Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Belə ki, məhsulları birbaşa Azərbaycana sifariş etmək mümkündür.
 
"Trendyol.com" saytından sifariş edilən malların birbaşa alıcının Azərbaycan ünvanına çatdırılması xidməti "Starex" şirkəti ilə əməkdaşlıq çərçivəsində mümkün olub.
 
Lakin son zamanlar adıçəkilən karqo şirkəti ilə bağlı şikayətlər çoxalıb. Belə ki, alıcılar karqo şirkətindən suallarına cavab ala bilmədiklərini, məhsullarının göstərilən zamandan gec gəldiyini bildirilər. Hətta bəzi şəxslər məhsullarının itdiyini və şirkətin bu məsuliyyətdən qaçdığını da iddia edir.
 
Odur ki, “Starex”ə alternativ başqa karqo ilə əməkdaşlıq məsələsi önə çıxır. Yaxud, birbaşa çatdırılmanın icrası ilə bir neçə karqo şirkətinin paralel məşğul olması təklifi edilir.
 
Den.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli karqolarla əməkdaşlığın “Trendyol”dan asılı olduğunu deyib:

“Trendyol” bazara məhsul təqdim edən kanallardan biridir. Bunu isə müxtəlif istiqamətlərdə təşkil etmək mümkündür. “Trendyol” Azərbaycanda bu bazara ilk olaraq girdiyi üçün öncül olmağı bacarıb. Lakin bu o demək deyil ki, Türkiyədə onlayn satışla yalnız bu şəbəkə məşğul olur. “Trendyol”un hansı şirkətlə işləməsi isə onun  seçimidir, istəsə, başqa karqolarla da əməkdaşlıq edə bilər. Bunun üçün biz təzyiq göstərə bilmərik”.
 
Ekspert müştərilərin karqo şirkətindən imtina edə biləcəyini qeyd edib:
 
“Alıcıların bu xidmətdən narazılğ varsa, o zaman cəzalandırma üsulu kimi “Trendyol”un xidmətindən imtina etməlidirlər. Alıcı alternativ xidmətlərdən istifadə edə bilər. Bir sözlə, karqoların işləməsi “Trendyol”dan asılıdır. Karqolarla bağlı şikayət varsa, o zaman insanlar həmin karqo ilə sifarişdən imtina edərək o şirkətləri cəzalandıra bilərlər”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar